CƏMİYYƏT

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”-ın baş sponsorluq etdiyi “Breyn Rinq” intellektual yarışlarının on üçüncü mövsümü davam edir. Kubok uğrunda mübarizədə aparacaq 3 komandanın adı artıq məlumdur. Onlar “Gəncə”, “Nar” və “Kapital” komandalarıdır.

Qeyd edək ki, bu ilin martından başlayan yarışın on üçüncü mövsümü respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda ilə başlayıb. Komandalar yarışın baş sponsoru olan “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparırlar. “Nar” kubokunun sahibi iyun ayında məlum olacaq.

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər. Yarış efirdə yayımlandığı saatda “Nar”-ın “Facebook” səhifəsində paylaşılan suala ən tez cavab verən şəxslər müxtəlif hədiyyələrlə təltif edilirlər. May və iyun aylarının qalibləri İsrafil Əhmədov, Mikayıl Mikayıllı, Əhməd Kamalov, Üzeyir Mehralı və Vüqar Şirinzadədir.

Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 2 =

Close
Close