XƏBƏRLƏR

Ermənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank – VİDEO

Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirilən erməni hərbi birləşmələri bu gün hərbi təlimlərə başlayıb.

“Yeni Gundem” Ermənistan mediasına istinadən xəbər verir ki, təlimlərdə 10 min erməni əsgər, 200-dən çox artilleriya, 150 zirehli texnika, 50-dən artıq hava Hücumundan Müdafiə sistemi, 400-dən çox avtotexnika iştirak edir.

Bu gün başlayan təlimlər iyunun 20-dək davam edəcək. Təlimlərin videogörüntüləri separatçı rejimin adını daşıyan “Youtube” kanalında yayımlanıb.

Son günlər işğalçı Ermənistanın cəbhədə törətdiyi təxribatlar fonunda bu təlimlər diqqət çəkir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 3 =

Close
Close