Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
KÖŞƏ

Yaddaşımızda qalan GƏLİNCİK… – Mələk Siyaraya ithaf olunur

Qrup yoldaşımız Elçinin oğlunun ad günündə iməkləyə-iməkləyə bir mələk gəzirdi evin içində. Hamının diqqəti onda idi, şirinliyi, mehribanlığı ilə hər birimizi ovsunlamışdı.

O da qrup yoldaşımın balası idi – Vüqarın. Vüqarı 2003-cü ildən tanıyıram. Bir qrupda oxumuşuq. Mən onu həmişə gülərüz, şən görmüşəm. Xeyrimiz də, şərimiz də bir olub. Əvvəl xeyir işinə sevindik. Ailə qurdu, bir övladı dünyaya gəldi. Adını Murad qoydu. Sonra da mələk Siyarası gəldi dünyaya. Elçingildə şirin-şəkərliyi ilə bizi cəlb edən, balaca gəlinciyə oxşayan Siyara…

3 gün əvvəl aldığım o məşum xəbərdən bəri üzü gözlərimin önündən getmir. Yaddaşımızda üzügülər mələk olaraq da qalacaq. Siyaranı Allah bir mələk kimi apardı bu dünyadan – məsum, günahsız bir mələk kimi öz Cənnətinə sakin etdi. Bu da bir qismət idi. Gəldi, getdi. Vuqarın mələk qızı bədbəxt hadisə zamanı gözlərini əbədi yumdu. Gedişi Vüqarı və əzizlərini pərişan etdi, sarsıltdı. Biz bir atanın ah-nalə çəkərək ağı deməsini eşitdik. Qucağında kəfənə bürünmüş balasını evdən çıxardan ata gördük. Mələyini əli ilə məzara qoyan acılı bir insanın “Mənim balaca mələyim, səni öz əlimlə məzara qoydum, indi burdan evə necə gedim?” deyə naləsinin şahidi olduq. Məhv olduq… Çökdük Vüqarla bərabər… O dəhşətli mənzərəni ilk dəfə görürdüm. Gözümüz kor, qulağımız kar olardı. Kaş son olsun, heç bir ana-ata o dəhşəti yaşamasın. Səbir sözü çox acizdi. Təskinlik verməyə kəlmə yoxdur. İçimiz yanır, ürəyimiz qan ağlayır. Allah heç bir valideyinə bala dağı verməsin. Ağır dərddir… Dərdinə şərikik, qardaş. Başın sağ olsun. Biləsən ki, daha üç qızın var: Nərgiz, Şəms, Qəmər. Allah sənin Muradını və bütün balaları qorusun!

Qardaşın Səbuhi Qafarov

Yaddaşımızda qalan GƏLİNCİK... –
Yaddaşımızda qalan GƏLİNCİK... –
Yaddaşımızda qalan GƏLİNCİK... –
Yaddaşımızda qalan GƏLİNCİK... –
Yaddaşımızda qalan GƏLİNCİK... –

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =

Close
Close