İDMAN

Gənc idmançıdan böyük qələbə/Foto

Son bir neçə ildə Azəraycanın idman sahəsində,dünya arenasında böyük uğurlara imza atdığının şahidi oluruq. Bu cür uğurlu nailiyyətlər ölkəmizi xarici dövlətlərdə tanınmasına bir növ dəstək olur. Misal olaraq qeyd etmək istərdik ki,2015-ci il 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə keçirilən avropa oyununda,Avropanin 50 ölkəsinin 10 000 idmançısı istirak etmişdir. Hər kəsə bəllidir ki,Azərbaycanda keçirilən möhtəşəm idman yarışında ölkə idmançılarımızın böyük əksəriyyəti yüksək yer tutmuşdur.Beləliklə də Azərbaycanın qələbəsini ikiqat yüksəltməyə nail olmuşlar.

Bu gündə ölkəmizin idman sahəsində yarışlar mərhələli şəkildə həyata keçirilir. Belə ki,16.06.2019-cu il tarixdə ümummilli lider Həydər Əliyevin 96-cı il dönümü ilə əlaqədar, İşmayıllı rayonunda keçirilən açıq Azərbaycan çempionatlığı keçirilib. Keçirilən yarışda Respublikanın 17 rayon üzrə 24 klubunun 350-dən çox idmançısı iştirak ediblər. “WKC” idman növləri üzrə açıq Azərbaycan çempionatının keçirilməsində, karate federasiyasının Prezidenti Nurəddin Quliyev və 5 dan qara kəmər,beynəlxalq dərəcəli hakim Elşən Xamoyevin təşəbbüsü ilə həyata keçirilmişdir.

Keçirilən yarışda “Əlincə” karate kulubunun fəal üzvi, əslən Cəbrayıl rayon Horovlu kənd sakini Əlizadə Rüstəm Seymur oğlu 14-15 yaş üzrə 70 çəki hesabında 2-ci yeri tutaraq qələbə qazanmışdır. Gənc Əlizadə Rüstəm Seymur oğlunun ilk yarışında böyük qələbəyə imza atdığı üçün DogruXeber.az kollektivi olaraq onu təbrik edirik. Ümüdvarıq ki,gələcəkdə gənc Rüstəm Əlizadənin qələbə sədaları xarici ölkələrdən duyulacaqdır.
Gənc idmançıdan böyük qələbə/Foto

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + three =

Close
Close