GÜNDƏMMANŞET

Mingəçevir icra hakimiyyətinin əməkdaşları məhəllələri zəbt edib

Mingəçevir şəhər icra hakimiyyətinin əməkdaşları məhəllədaxili əraziləri zəbt ediblər.

Daha doğrusu, Mingəçevir şəhər İcra Hakimiyyətinin Ərazi Idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev, yaşadığı ərazidə binanın qarşısını dəmir barmaqlıqlarla kəsərək özəlləşdirib.


Təqdim etdiyimiz fotolardan da göründüyü kimi Rəsul Paşayev yaşadığı binanın qarşısını kəsərək, şəhər sakinlərinə girişi qadağan edib. Maraqlı məqamlardan biri də odur ki, Mingəçevir şəhərində yaşıllıqlara və şəhidlərin adlarını daşıyan bulaqlara da qənim kəsilən Mingəçevir Sukanal idarəsinin müdiri Maarif Məmmədov nədənsə Rəsul Paşayevin bağının suyunu kəsmir.
Qeyd edilir ki, heç bir bina sakini ora daxil ola bilməz! Əməkdaşlarımızın əldə etdiyi məlumata görə, Rəsul Paşayev Mingəçevir şəhər icra hakimiyyətinə yeni təyin edilən İlham İsmayılovun “pul kisəsi” sayılır.

Mingəçevir şəhəri ilə bağlı sil-silə yazılarımız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

YeniGundem.az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + nineteen =

Close
Close