Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
CƏMİYYƏTTƏHSİL

Aİİ-də “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət” mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Crossroads kilsəsinin Rəhbərlik Komitəsinin üzvü John Coffman və tərcüməçi Martha Coffmanın təqdimatında “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət” mövzusunda seminar keçirilib.

Aİİ-dən “Yeni Gundem” -e verilən məlumata görə, institutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov seminar iştirakçılarını salamlayaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər keçirir. İ.Əlimuradov mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, nitq mədəniyyətinin, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün İnstitutda ötən dövr ərzində maarifləndirmə yönündə xeyli iş görüldüyünü nəzərə çatdırıb.

Crossroads kilsəsinin Rəhbərlik Komitəsinin üzvü John Coffman və Martha Coffman “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət” mövzusunda məruzə ilə çıxış ediblər. J.Coffman bildirib ki, din yalnız yaradana ibadət sistemi deyil, həmçinin daha çox həyat tərzidir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsini təşkil edib.

J.Coffman qeyd edib ki, ABŞ-da dini təhsil verən məktəblər üç növə bölünür: rəsmi məktəblər; dini qurumlar tərəfindən açılmış məktəblər; kilsə məktəbləri. Valideyn övladını orta məktəbə qoyarkən, ona dinin tədris edilməsini istəyərsə, məktəb rəhbərliyi ən yaxın kilsə məktəbində buna imkan yaradır.

M.Coffman bildirib ki, din dünya xalqlarının tarixində mühüm yer tutur, bütün qitələrin xalqlarının, həmçinin Amerikanın həyatında mövcuddur. Din insanların mənəvi birliyidir, cəmiyyətdə və məişətdə onun rolu böyükdür.

M.Coffman Azərbaycanda müxtəlif millətlərə mənsub olan insanların sülh və əmin-amanlıq şəraitində yaşadığının, bir-birlərinə hörmət bəslədiyinin şahidi olduğunu vurğulayıb.

Qonaqlar tədbirin təşkil olunmasına, səmimi münasibətə, qonaqpərvərliyə görə İnstitutun rəhbəriliyinə və digər tədbir iştirakçılarına minnətdarlığını bildiriblər.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 9 =

Close
Close