Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
CƏMİYYƏT

FHN əməkdaşları toyda dava saldılar-TƏRTƏRDƏ HƏBS OLUNANLAR VAR

FNN əməkdaşları Tərtərdə iştirak etdikləri toy məclisində dava salıblar.
Kütləvi dava zamanı xəsarət alanlar olub.
Bu haqda Azerinfo.tv-yə məlumat verən mənbəmiz bildirib ki, hadisə bazar günü, 7 iyul tarixində baş verib.
Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin bir qrup əməkdaşı Tərtərdə toy məclisində iştirak edib. Toyun qızğın vaxtı FHN əməkdaşları ilə məclisdə iştirak edən diğər qonaqlar arasında mahnı sifarişi üstündə mübahisə başlayıb.
Mübahisə kütləvi dava ilə nəticələnib.
Hadisə yerinə polis gəlib.
Xəbər verilir ki, 3 FHN əməkdaşı baradə araşdırma gedir. Qarşı tərəfdən bir nəfər həbs edilib.
Məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinə zəng etdik. Oradan bildirdilər ki, məsələ ilə bağlı araşdırma gedir. Nəticəsi haqda məlumat veriləcək.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 7 =

Close
Close