CƏMİYYƏT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində tətbiq etdiyi müasir üsullar hərraclarda iştirakı vətəndaşlar üçün daha rahat edir.

“Yeni Gundem” xəbər verir ki,hərraca çıxarılan bütün dövlət əmlakları üzrə sifarişlərin elektron formada verilməsi, eyni zamanda virtual hərrac ilə hər kəs üçün prosesə onlayn qatılmaq imkanı təmin edilir. Hərraclarda yaradılan rahat şərait vətəndaş məmnunluğunun təminatına, investorların özəlləşdirməyə marağının artırılmasına yönəlib. Bundan başqa, innovativ fürsətlər ilə keçən hərraclar özəlləşdirmə prosesini sürətləndirir, müxtəlif iqtisadi sahələr üzrə yeni sahibkarlıq obyektlərinin yaranmasına və inkişafına dəstək verir.

Komitə tərəfindən 09 iyul tarixində növbəti hərrac keçirildi. Paytaxt üzrə özəlləşdirilən dövlət əmlakı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesində yerləşir. Kiçik dövlət müəssisənin faydalı sahəsi 227.9 kv.m-dir. Ticarət obyekti kimi istifadə olunan dövlət əmlakının bərpası investor üçün gəlirli fəaliyyət imkanları yarada bilər. Hərracda qalib iştirakçı birmərtəbəli kiçik dövlət müəssisəsini 15 min 750 manata özəlləşdirdi.

Bu ay üzrə növbəti hərrac 16 iyul tarixində keçiriləcək. Hərraca 96 çoxseçimli dövlət əmlakının çıxarılması hər kəsin istəyinə uyğun əmlakı tapmasını təmin edir. Onlardan 38-i kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar  cəmiyyəti, 15-i qeyri-yaşayış sahəsi, 7-si yarımçıq tikili və 14-ü nəqliyyat vasitəsidir.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına daxil ola bilər. Qeyd edək, seçim etdikdən sonra hər kəs sifarişi elektron formada verərək hərrac iştirakçısı statusu qazana bilər.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − eight =

Close
Close