SOSİAL

Qaraciyərin sağlamlığını qoruyan meyvə – Hər gün 2-3 ədəd yeyin!

Qaraciyəri yaxşı vəziyyətdə saxlamaq üçün narıncı və qırmızı rəngdə olan meyvələrin istehlakı çox faydalıdır.

“Yeni Gundem”  saglamolun.az-a istinadən bildirir ki, bu meyvələr pektinlərlə zəngindir. Pektinlər orqanizmdə maye ilə birləşdikdə gelə çevrilir ki, bu “gel” pestisid, radionukleid, ağır metalların ionları və s. ziyanlı maddələri orqanizmdən xaric etməyə kömək edir.

Nəticədə orqanizm təbii şəkildə zərərli maddələrdən təmizlənir. Bu isə qaraciyərin fəaliyyətini yüngülləşdirir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin fikrinə görə, bu mənada ən faydalı meyvə ərikdir. Pektinlərlə zəngin olan ərik orqanizmdən toksiki maddələrin xaric edilməsini sürətləndirir. Lakin qaraciyərin sağlamlığı üçün əriyin şirin növlərinə deyil, turşa-şirin növlərinə üstünlük vermək lazımdır.

Alimlər qaraciyərin sağlamlığı üçün hər gün 2-3 iri ərik yeməyi tövsiyə edirlər.

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =

Close
Close