Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
SOSİAL

Azərbaycanlı diplomatlar II Yay düşərgəsində

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Azərbaycanın Türkiyədəki  Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları ilə görüşüblər.

“Yeni Gundem” xəbər verir ki, görüşün əsas mövzusu “Azərbaycanın xarici siyasətində diaspor fəaliyyəti və gənclərin rolu” olub. Diplomatlar gənclərə maraqlı məlumatlar verdikdən sonra geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, düşərgədə müxtəlif mövzularda görüş və təlimlər davam edir. Tarixçi alim Solmaz Tohidi “Azərbaycanın 100 illik tarixi” mövzusunda, nəsimişünas alim Səadət Şıxıyeva İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı məlumat veriblər.

“Nəsimi 650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları Xocalı qətliamında hər iki valideynini itirən gənclərlə, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyevlə də görüşüblər. Yüksək vətənpərvərlik əhval-ruhiyyəsində keçən görüş iştirakçılarda böyük təəssürat yaradıb.

Düşərgə iyulun 14-ə kimi davam edəcək.




Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 2 =

Close
Close