GÜNDƏM

Fədai veteran QHT– rəhbərləridə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olundular

Veteran QHT– rəhbərləri də “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olundular.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla bir çox tanınmış media və QHT nümayəndələri, ictimai xadimlər, tarixçi alimlər “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təqdim olunma mərasimi keçirildi.

İlk medallarını  Azərbaycan Respublikasının Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadəyə, AXC qurucularının varislərindən Leyla Abasquliyeva, Xurşud Abdullayeva, Solmaz Şıxlınskaya təqdim etdi.

“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun  mətbuat katibi Təbriz Məhərrəmoğlu-nun “Yeni Gundem” e verdiyi məlumata görə,QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Millət Vəkili Azay Quliyev tərəfindən təltif olunanlar sırasında vətəndaş cəmiyyətinin aparıcı Fədai veteran təkilat rəhbərləridən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyinin sədri, Əfqanstan və Qarabağ mühaibəsinin veteranı Mehdi Mehdiyev, Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədri, Qarabağ mühaibəsinin veteranı Fizuli Rzaquliyev, Azərbaycan Respublikası“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanstan və Qarabağ mühaibəsinin veteranı Sərraf Orucov, Cernibıl Əlilləri İctimai Birliyinin sədri Mirhəsən Həsənov, 20 yanvar İctimai birliyinin sədri  Sultan Əzimzadə və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ mühaibəsinin veteranı Şamil Sabiroğlu təltif olundular.

Təltif olunan təkilat rəhbərlərindən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfındən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunmağımdan şərəf duyur və belə yüksək təltifə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirdi. Daha sonra Sərraf Orucov  tezliklə döğma Qarabağımızı erməni işğalşılardan tam azad edərək, torpaqlarının işqaldan azad edilməsinin yubley meddallarının almasını arzu edərək, əsil hərbiçi andı ilə, Azərbaycan Dövlətinə və Azərbaycan Dövlətinə müstəqilliyinə xidmət edirəm dedi.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Himayəçilik Şurasıda öz növbəsində cənab  Prezidentin imzaladığı Sərəncamla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif olunmuş münasibəti ilə bütün QHT, KİV-nümayəndələrini, ictimai xadimlər və tarixçi alimlər səmimi qəlbdən təbrik edərək həmkarlarımıza gələcək işlərində müvəffəqiyyətlər və yeni–yeni nailiyyətlər arzulayır.

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + one =

Close
Close