Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
CƏMİYYƏT

Həkimlərin maaşları artırılacaq

“Gələn ildən Azərbaycanda həkimlərin əmək haqqı artacaq və bu, iki hissədən ibarət olacaq”.
“Yeni Gundem” Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.
“Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əmək haqqı pilot layihədəkindən fərqli olacaq. Çünki, pilot layihə zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdiriləcəyik. İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əmək haqqına əlavələr olacaq”, – Z.Əliyev bildirib.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =

Close
Close