Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
İDMAN

Prezident idmançılara Cümhuriyyət medalı verdi – Fotolar

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə bir qrup idman adamını mükafatlandırıb.

“Yeni Gundem” xəbər verir ki, ölkə başçısı bir sıra idmançıya Cümhuriyyət medalı verib. 

Belə ki, karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, sərbəst güləşçilər Toğrul Əsgərov və Hacı Əliyev bu mükafata yiyələniblər.

Həmçinin karyerasını bitirən idman veteranlarından Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina (həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo),  Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib.

Cümhuriyyət medalı ilə təltif edilənlər arasında “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov da var.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − three =

Close
Close