MANŞETSİYASƏT

Mehriban Əliyeva: Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir”.

“Yeni Gundem”in məlumatına görə, bu sözləri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.

“Müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük. Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır”, – Mehriban Əliyeva qeyd edib.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + two =

Close
Close