HADİSƏ

Şəki xan Sarayında ağac aşdı – 19 nəfər yaralandı + Video

Şəki Xan sarayında hadisə baş verib.

“Yeni Gundem”in məlumatına görə, sarayın həyətindəki böyük çinar ağacı aşıb. Ağacın budağının ziyarətçilərin üstünə düşdüyü bildirilir. Yaralıların olduğu deyilir.

Səhiyyə Nazirliyindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan ikisi hospitalizasiya olunub. 17 nəfərə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. 2 yaralıya görə paytaxtdan yüksək ixtisaslı mütəxəssilər çağırılıb.

**

“Yeni Gundem” in əldə etdiyi məlumata görə, hadisə nəticəsində yaralanan şəxslərdən 5-i Suriya, 2-si isə Rusiya vətəndaşıdır.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =

Close
Close