MƏDƏNİYYƏT

“Ürəyində arzu tut” – Şəkidə-FOTOLAR

Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ürəyində arzu tut” tamaşası ilə Şəki şəhərində qastrol səfərində olub.

Bu barədə “Yeni Gundem”-e teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Şəki Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri əks olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Pərvin Dadaşova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış ediblər.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə teatrın kollektivi iyulun 16-da “Ürəyində arzu tut” tamaşası ilə Sabirabad rayonunda 137-ci mövsümü qastrol səfəri ilə başa vuracaq.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 7 =

Close
Close