CƏMİYYƏT

“İş Qadınlarına Dəstək” İctimai Birliyi Yaradılıb(FOTO)

İyulun 16-da Bakıda “İş Qadınlarına Dəstək” İctimai Birliyinin yaradılması qeyd olunub.

“Yeni Gundem” Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları iş qadınlarının rəsm və məhsullarından ibarət sərgi ilə tanış olublar. Sonra “İş Qadınlarına Dəstək” İctimai Birliyinin fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

İB-nin sədri Vəfa Muradzadə qurumun əsas məqsədi, fəaliyyət istiqamətləri və hədəflərindən danışıb. Qeyd edib ki, “İş Qadınlarına Dəstək” İB-nin məqsədi ölkədə yüksək potensiala və dayanıqlı əsaslara malik olmaq, o cümlədən dövlət və cəmiyyət həyatında aktiv fəaliyyət göstərməkdir. Həmçinin iş qadınlarına dəstək olmaqla yanaşı, ölkədə iqtisadi, sosial inkişaf və gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, sahibkarlıq və informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində qadınların maarifləndirilməsinə kömək etməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda dövlət qadın siyasəti çox uğurla həyata keçirilir.

“Bu gün ölkəmizdə gənc qızlarımızın, qadınların iş qurmağı, sahibkar kimi fəaliyyət göstərmələri bizi çox qürurlandırır. Qadınların belə tədbirlərdə cəsarətlə öz fikirlərini bölüşməsi, gələcək perspektivlə bağlı düşüncələri gördüyümüz işlərin heç də əbəs olmadığını sübut edir. Bütün bunlar ölkəmizdə aparılan dövlət qadın siyasətinin bariz nümunəsi və nəticəsidir”, – deyə o qeyd edib.

 

Coşqun Abdullayev adlı şəxsin şəkli.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 1 =

Close
Close