SOSİAL

“INNOLAND” “Silicon Valley” ilə əlaqələri gücləndirir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbərliyi ABŞ-ın Kaliforniya ştatında işgüzar səfərdə olub.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Gundem”-e verilən xəbərə görə, səfərin əsas məqsədi dünyanın ən qabaqcıl startap ekosistemi olan Silikon Vadisinin (Silicon Valley) şirkətlər ilə görüşlər, mümkün əməkdaşlıqların müzakirəsi olub. Səfər çərçivəsində “Facebook”, “Google”, “Salesforce”, “Linkedin”, “500 startups” və digər tanınmış şirkətlərlə görüşlər keçirilib.
Həmçinin səfər zamanı “INNOLAND” Mərkəzi və “Global Kinetics” şirkəti arasında əldə olunan razılaşmaya əsasən sentyabrdan etibarən mərkəzin akselerasiya proqramına qoşulan startaplar üçün “Silicon Valley in Your Pocket” proqramı həyata keçiriləcək. Bu çərçivədə 8 həftəlik mentorluq və birbaşa məsləhət xidmətləri təmin olunacaq.
Proqram rəhbəri Ceff Uolles bu əməkdaşlığın sadəcə Azərbaycan deyil, bütün region üçün körpü rolunu oynaya biləcəyini bildirib.
Car ilin sonunda San-Fransisko şəhərində “INNOLAND” nümayəndəliyinin açılması planlaşdırılır. Nümayəndəlik xarici ekspertlərin məsafədən mərkəzdəki startaplara mentorluğun təşkil olunması, potensiallı yerli startapların xarici bazarlara çıxmasının dəstəklənməsi, investisiyanın cəlb olunması, hüquqi işlər və digər bu növ işlərin təşkili ilə məşğul olacaq.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 10 =

Close
Close