GÜNDƏM

UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Müqəddəs Qurani-Kərimdə Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu,  “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini Bakıda və regionlarda həyata keçirdərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda  şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün ucaldılmış abidələrinin, xatirə güşələrinin vəziyətlərinə manitoring apararaq, şəhidlərimizə vətəndaşların diqqət və sayğısını artırır.

1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsiuğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar.

Bakının, Səbail, Yasamal, Nərmanov, Nizami, Xətai, Sabunçu, Abşeron rayonlarında və regionlardan isə hələlik Şirvan şəhərinin el məzarlıqlarında keçirdiyimiz manitorinqlər zamanı məlum etdik ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün, böyüyüb boya-başa çatdıqları küçələrdə ucaldılmış xatirə güşələri, onların valideyinləri və yaxın ailə üzvləri vəfat etdikdən sonra, vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalaraq dağılmışdır.

Buna misal olaraq Bakının, Səbail rayonu, Muxtarov qəsəbəsinin el məzarlığınında dəfn olunmuş şəhid Soltanov Natiq Mayis oğlunun məzarını ictimayyətə  göstərmək istəyirəm. Şəhid Natiq Soltanovun hər iki valideyinləri, 2 qardaşı və ailə üzvləri vəfat etdikdən sonra onun məzarı  vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalaraq kol-kos basmış, ətrafına isə zibil tulantıları tökülmüşdür.

Hamımızın gələcəkdə son mənzili olan el məzarlıqlarının əsas giriş darvazaları uşüb dağlıaraq bərbad vəziyyətdədilər, sanki sahibsiz daş karxanalarına bənzəyirlər.

El məzarlıqlarının rəhbərlərinin özlərinin pul qazandıqları məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur.

Şəhid məzarları başqa məzarlardan seçilmir. Çünki, şəhid  məzarlarına şəhid olmaları barəsində heç bir fərqlənmə nişanələri, nə  bayraq, nədə ki, məzar üstü baş daşlarına nişanələr vurulmayıbdır. Sanki bu şəhidlər vətən uğrunda canlarını fəda verməmişlər. Buna görə, biz layihəyyə cəlb edilmiş əməkdaşların köməkliyi ilə, şəhid məzarlarını saatlarla axtardıqdan sonra müəyyən edərək onların siyahılarını tutmuşuq.

Xətai rayonunda şəhidin adını əbədiləşdirmək üçün salınmış xatirə güşəsi sökülərək , onun yerində kafe tikilmişdir. Abşeron rayonunun, Xırdalan qəsəbəsində 32 şəhid məzarı tərəfimizdən aşkar edilmişdir ki, onlardanda 7 si Əfqanstandan torpaqlarımızın müdafiyyəsi üçün könüllü gəlmiş Əfqan qardaşlarımızın məzarlarıdırki, onlarında məzarlarının ətrafı sahibsiz baxmsız qalmışdırş Onların bəzilərinin məzar daş üstlərinin örtük daşları oğrular  tərəfindən sökülərək oğrlanmışdır.

Buda vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir.

Müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların şəhidlərimizə qarşı biganəliyi böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına mənfi təsir  göstərir.

Aşkar etdiyimiz ciddi nöqsanlar torpaqlarının 20 faizi işğql altında və müharibə şəraitində olan bir ölkəmiz üçün çox ciddi və bütün cəmiyyətə mənfi təsir göstərən nöqsanlardır.

Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar.

Bunun üçündə, Türkiyyə dövlətində və Səbail rayonu, Badamdar qəsəbəsində ucaldılmış şəhidlərin xatirə güşəsi kimi, Bakıda və regionlarda, Azərbaycanınsuverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün ucaldılmış abidələrinin, xatirə güşələrinin üstündə Azərbaycan bayrağı sancılaraq, onlar İcara Hakimiyyətləri və Bələdiyyə idarələri tərəfindən dayma nəzarətdə saxlanılaraq, şəhidlərimizə vətəndaşların sayğısını artırmalıyıq.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyününmüdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

Allah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi  uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti,«Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzi»-nin direktoru SƏRRAF ORUC 

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + nine =

Close
Close