MAQAZİN

Azərbaycanda ilk striptiz ustası Selena Guseynova-VİDEO

Casusluq fəaliyyəti bütün dövrlərdə təhlükəli və riskli iş sayılıb. Rəqib dövlətdə həbs edilən casuslar həmişə qəddarlıqla qətlə yetirilib. Dünya tarixində belə misallar minlərlədir. Amma məşhurların adını isə barmaqla saymaq olar. Kimlər üçün bu adlar qəhrəmanlıq təcəssümüdür, kimlər üçünsə də sadəcə düşməndir.
Kəşfiyyat fəaliyyəti ilə müxtəlif adamlar məşğul ola bilər. Bu sıraya aristokratlar, iş adamları, zabitlər, tacirlər, incəsənət xadimləri də daxil edilə bilər. Məsələn, Kim Filbi, Rixard Zorge, Janna Lyaburb, Çzyan Tsinin adını çəkmək.
“Yeni Gundem” xəbər verir ki,dünya casusluq tarixində iz qoymuş Azərbaycan əsili rəqqasə Selena Guseynova.

Səni bir az yaxından tanıyaq..

”Rusiyada doğulub-böyümüşəm. Ata Azərbaycan, ana tərəfdən isə Ukraynadanam. 5 ildir ki, Azərbaycanda yaşayıram. Rəqslə bağlı müqavilə ilə gəlmişəm. Əsas Gürcüstanda çalışıram. Strip-plastika rəqsi Azərbaycanda olmadığı üçün məni dəvət ediblər.”

Bu işə ilk başlayanda ailəndən dəstək görmüsən?

“Ata tərəfindən istəmirdilər. Ana tərəfdən isə dəstək idilər. Hazırda yanımdadır və arxamdadır.”

Burada fəaliyyət göstərməyə qərar verməkdə çətinlik çəkmədin?

“Gürcüstan, Tailand, Rusiya və Türkiyədə çalışmışam. Bu rəqslə Azərbaycanda məşğul olan ilk mənəm. Bu rəqsi Azərbaycanda tanıtmaq istədim. Oriental rəqs burada daha çoxdur.”

 

Bu rəqsin burada qəbul olacağına inanırsan?

 

“İnanıram, çünki sifarişlərim çoxdu. Hər gün çağırırlar. Tanıtmağa başlamışam.”

 

Oriental rəqqasələrə insanlar rəqslərinə görə pul verirlər. Sizin rəqsdə necə olur?

“Bizim rəqsdə də var. Özümüzə yox, ofisiantlara verirlər. Onlar da bizə çatdırır.”

 

İndiyə qədər ən çox qazandığın pul nə qədər olub?

“Bakıda 1500 dollar olub. Xarici ölkələrdə daha çox qazanc əldə etmişəm. Xaricdə strip-plastika rəqsinə sənət kimi daha çox dəyər verirlər. Azərbaycanda isə sifarişlərə 200 azn-ə gedirəm.”

 

Oriental rəqqasələrin masaya yaxınlaşmasını bəyənmədiyini dedin. Sizdə isə fərqlidi, təmasda olmursan..

“Tanış olmasa, rəqs zamanı yaxın ünsiyyətə icazə yoxdu. Bizi oynamağa mühafizəçilər aparırlar. Orientala xarici ölkələrdə çox pis baxırlar. Bəzi rəqqasələr incisə də, bu rəqsin adı dilənçilikdir. Gürcüstanda bu rəqsə belə ad veriblər.”

 

Oriental rəqqasələrdən izlədiyin və bəyəndiklərin var?

“Düzünü desəm, heç birini bəyənmirəm. Mənə görə onlar oynaya bilmirlər.  Digər ölkələrin rəqqasələri ilə müqayisədə aşağı səviyyədədirlər. Yerindən duran bacaran da, bacarmayan da oriental oynayır. Mənim üçün rəqqasəlik yalandan rəqs paltarı geyinib rəqs etmək deyil. Cəsarət lazımdı. Azərbaycanda bəzi rəqqasələrə demək istəyirəm ki, bir az rəqsi öyrənsinlər. Efirlərə çıxıb yalandan çıxırlar. Qalmaqalla qabağa getmək boş şeylərdir. Əsas mənim kimi rəqs göstərməkdir. Mən heç birini izləmirəm. Təkcə Rəqqasə Aygün var. O, normal oynayır.”

 

Bu açıqlamalardan sonra rəqqasələrin qınağına tuş gəlməkdən çəkinmirsən?

 

“Onsuzda rəqqasələrin çoxu məni sevmir. Eşidirəm ki, haqqımda çox şey yazırlar, paylaşırlar. Vecimə də deyil.”

 

Qeyd edək ki,Selena Guseynova azərbaycana ilk striptiz rəqqsi gətirən azərbaycan əsili rəqqasədir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − five =

Close
Close