CƏMİYYƏTÖLKƏ

Ölkədə ikinci dəfə Luxury Awards keçiriləcək

Avqust ayının 6-da, “Bilgah Beach Hotel”də “Luxury Awards 2019″un mükafatlandırma mərasimi keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki, mükafatlandırma mərasimində müxtəlif sahələrdə (mədəniyyət və incəsənət, dəb, elm, idman, biznes, media, tibb və s.) uğur qazanmış şəxslərə və şirkətlərə mükafatlar təqdim olunacaq.

Mükafatlandırma mərasimi paytaxtımızda ikinci dəfə keçriləcək. Məqsəd ölkənin ən uğurlu, ən tərz insanlarını ictimaiyyətə təqdim etmək, onların il ərzindəki fəaliyyətini qiymətləndirmək və qarşıdakı işlərinə motivasiya verməkdir.


Qeyd edək ki, bir neçə gün öncə layihənin açılış partisi keçirilib. Partidə layihədə yer alan bəzi nominantlar və özəl seçilmiş qonaqlar iştirak edib.


Qala günü qonaqlar ilk öncə qırmızı xalıdan keçəcəklər. Tədbir bitdikdən sonra mükaftçılar “Buddha Bar Beach”də after party-də iştirak edəcəklər. Mükafatlandırma mərasimində yerli məşhurlarla yanaşı, xaricdən gələcək tanınmış simaların da iştirakı gözlənilir. Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır.Layihənin baş sponsoru “Lepka art by Era Design” şirkətidir.

Qeyd edək ki, “Luxury Awards 2019“-un media dəstəkçisi Metbuat.az saytıdır.



Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 8 =

Close
Close