KRİMİNAL

38 baş mal-qaraya görə tutuldular – Foto

Cəlilabad rayonunun Günəşli kənd sakini Vaqif Həsənov polis şöbəsinə müraciət edərək ona məxsus 6 baş camışın kəndin “Mahmudçala” adlanan ərazisində naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. 

“Yeni Gundem” xəbər verir ki, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Biləsuvar Rayon sakinləri Fəday Ağayev və Şəmistan Nəhmətov tutulublar. Araşdırma zamanı oğurlanan iribuynuzlu mal-qaranın dəstə üzvləri tərəfindən Cəlilabad rayon sakini Əlixas Hüseynova məxsus yük maşını ilə Bərdə rayonunda yerləşən mal bazarına aparıb satdıqları məlum olub. Əməliyyat zamanı Ə.Hüseynov da tutulub və saxlanılan şəxslər etdikləri cinayəti etiraf ediblər.

Əraflarında keçirilən əlavə əməliyyat tədbirləri zamanı onların müxtəlif vaxtlarda Biləsuvar rayon sakini Balaşükür Mikayılova məxsus 11 baş camış, Cəfərxanlı kənd sakini Əsədxan Həşimovun dəyəri 14000 manat olan 5 baş inəyini, Şükürlü kənd sakini Nürəddin Sadıqova məxsus 9 baş iribuynuzlu heyvanı və İbadət Nuriyevin 7 baş inəyini oğurladıqları da məlum olub.

Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.

Yeni Gundem.Az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + five =

Close
Close