GÜNDƏM

Axşam bu yollarda rənglənmə aparılacaq

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22 00-dan səhər saatlarınadək Əsəd Əhmədov və Xiyabani küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Avtosfer.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yeni Gundem.Az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 3 =

Close
Close