XƏBƏRLƏR

BNA-dan hava ilə bağlı xəbərdarlıq

Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına diqqətli və ehtiyatlı olmalarını tövsiyə edib.

“Yeni Gundem” xəbər verir ki, qurumun yaydığı xəbərdarlıqda sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmək, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmək məsləhət bilinir.

BNA sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

 

Yeni Gundem.Az

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 14 =

Close
Close