CƏMİYYƏT

Azərbaycanda 2500-dən artıq şəxs bu səbəbdən cinayət məsuliyyətinə cəlb olunub

2018-ci il ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyəsinə görə 2527 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir.

Onlardan 7-si 18 yaşadək, 172-si 18-25 yaşadək, 323-ü 26-29 yaşadək, 2025-sı 30 yaşdan yuxarı, o cümlədən 34-ü fəhlə, 2148-i işləməyənlər, qulluqçu və ya maddi məsul şəxs, 2-si orta məktəb şagirdi, 927-si əvvələr cinayət törətmişlər, 15-i əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 2484-ü kişilər, 43-ü qadınlar, 58 nəfəri isə xarici ölkə vətəndaşları olub.

Məsuliyyətə cəlb olunmuş 58 nəfər xarici ölkə vətəndaşlarından 100 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Әcnəbilərin 39 nəfəri İran İslam Respublikası, 10 nəfəri Gürcüstan, 4 nəfəri Rusiya, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri isə Türkmənistan vətəndaşı olub.

Yeni Gundem.Az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =

Close
Close