SOSİAL

Bu ərazilərdə işıq olmayacaq

110 kv-luq “I Binəqədi hava elektrik verilişi xətti”ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq sabah saat 10:00-dan 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq “136 saylı yarımstansiya”dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində saat sabah saat 11.00-dan 16.00-a qədər elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + two =

Close
Close