Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
HADİSƏİQTİSADİYYAT

Müştərinin hesabından pul çıxaran bank müdirinin məhkəməsi başladı

Dələduzluq və mənimsəmədə təqsirləndirilən Nailə Maşayevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.
“Yeni Gundem” Unikal.org-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prsosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
N.Maşayeva 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib və 3500 manat miqdarında cərimə cəzası saxlanılıb.
İttiham aktına əsasən, N.Maşayeva 2003-2016-cı illər arasında ləğv prosesində olan “Atrabank” ASC-nin Sumqayıt filialının müdiri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşa qarşı dələduzluq edib, həmçinin bankın pulunu da mənimsəyib.
Belə ki, o, filialın müştərisi olan Qəribə Babayevanı bankda depozitə pul qoyaraq yüksək faizlə gəlir əldə edəcəyini yalandan vəd edib, ümumilikdə 9550 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, N.Maşayeva həmin vəzifədə işləyərkən Q.Babayevanın depozit hesabına mədaxil olunmuş 15000 manat məbləğində pul vəsaitinin 6000 manatını işlədiyi bankın filialında müştərinin oxşar imzası ilə xəzinədardan alıb.
Həmçinin o, müştəri Q.Babayevanın iştirakı olmadan onun adına kredit rəsmiləşdirməyi filialın kredit şöbəsinə tapşırıb və qadının adına 11731 manat məbləğində pulu xəzinədardan alaraq ələ keçirib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə N.Maşayeva 3500 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
YeniGundem.Az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − nine =

Close
Close