Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
GÜNDƏM

“ASAN xidmət” YeniGundem.az-ı təbrik etdi

Hörmətli Təbriz müəllim, sizi və kollektivinizi “Yenigundem” İnformasiya portalının yaradılmasının 2 illiyi münasibəti ilə təbrik edirəm.

Ölkəmizdə və dünyada baş verən hadisələri oxuculara çatdırmaq yolunda hər zaman mübariz, operativ və dəqiq olmağınızı arzu edirəm. İnformasiya məkanımızda xəbər portallarının sayı kifayət qədərdir. Azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyətin həyatında əhəmiyyətli təsirə malikdir. Bu, həm də peşəkar rəqabət üçün gözəl imkan deməkdir. Bu yolda sizə uğurlar. Arzu edirəm ki, hər zaman milli-mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibətinizlə fərqlənəsiniz. Yaxşı məqamlardan biri də odur ki, Hazırda Yenigundem . az “Facebook”, “Twitter”, “Instagram”, “Youtube” kimi sosial media platformalarında da təmsil olunur. Gündəmdə hər xəbərin yeni olması əsas deyil, vacib odur ki, yenigündem . az hər zaman dəqiqliyi ilə fərqlənsin.

Hörmətlə: Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + eight =

Close
Close