SOSİAL

İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş etdi

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi “Buta Airways”in sərnişin təyyarəsi J2 9042 nömrəli İzmir-Bakı aviareysini yerinə yetirərkən Gəncə beynəlxalq hava limanında məcburi eniş edib. 

Aviaşirkətdən “Yeni Gundem”e daxil olan məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi (təzyiqinin qalxması) olub. Buna görə də, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Avialayner Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərilib.

Göyərtəsində 102 sərnişin olan təyyarənin bu dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + fifteen =

Close
Close