DÜNYA

Londonun ən bahalı boşanma məhkəməsi başlayır

Rusiyalı milyarder Vladimir Potaninin keçmiş həyat yoldaşı Natalya əmlak bölgüsü tələbi ilə London Ali Məhkəməsinə müraciət edib.

“Yeni Gundem” “The Telegraph”a istinadən xəbər verir ki, biznesmenin eks-arvadı ondan 7 milyard dollar dəyərində əmlak tələb edir. Nəşr yazır ki, bununla da Vladimirlə Natalyanın ayrılma prosesi London məhkəmə tarixində ən bahalı boşanma kimi düşə bilər.

58 yaşlı Natalya Potanina özünə krallığın vəkili Çarlz Hovardı, Vladimir Potanin isə Fiona Şekltonu tutub.

Xatırladaq ki, Potaninlərin nikahı 30 illik ailə həyatından sonra 2014-cü ilin fevralında pozlub. Natalya 2017-ci ildə Moskva məhkəməsinə 217 və 849 milyard rublluq iddia ilə müraciət etsə də, onun tələbi yerinə yetirilməmişdi. Bundan sonra biznesmenin arvadı əmlak bölgüsü tələbi ilə Böyük Britaniya məhkəməsinə müraciət edib.

Qeyd edək ki, “Forbes”in 2019-cu ilin mart dəyərləndirməsinə görə, Vladimir Potaninin sərvəti 18,1 milyard dollar təşkil edir. Bununla da o, Rusiyanın ən zəngin iş adamları siyahısında 6-cı sıradadır.

Potanin “İnterros Holdinq” və “Noris Nikel” şirkətlərinin sahibidir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 6 =

Close
Close