QAFQAZ

Ermənistan əsgərinin Azərbaycana qaçması haqda – Məlumat yaydı

Ermənistanın Müdafiə Nazirliyi hərbi qulluqçunun Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib.

“Yeni Gundem” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazirliyin məlumatında deyilir:

“Avqustun 12-də, təxminən saat 12:00-da Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşmamış səbəbdən 2000-ci il təvəllüdlü hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”.

“Sputnik Ermənistan” yazır ki, Araik Kazaryan orduya 2019-cu ilin yanvarında çağrılıb. O, Vayotsdzor bölgəsinin Yexeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı var.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 2 =

Close
Close