Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
GÜNDƏM

Aqrar İnkişaf Könüllülərinin “Öyrənən fermer” layihəsinin açılış mərasimi keçirilib-FOTOLAR

Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı və BMT İnkişaf Proqramının “Aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin tərəfdaşlığı ilə “Öyrənən fermer” layihəsinə start verilib. Üç gün davam edəcək layihə Şəki, Göyçay, Goranboy rayonlarında keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Yeni Gundem”-e bildiriblər ki, layihənin əsas məqsədi regionlarda fermerləri meyvəçilik, torpaqların deqradasiyasının bitkilərin məhsuldarlığına təsiri, ilkin tibbi yardım kimi mövzularda təlimlərə cəlb etmək, təsərrüfat üçün faydalı internet resursları, Dövlət Aqrar İnkişaf mərkəzlərinin göstərdiyi xidmətlər, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları haqqında məlumat vermək, eyni zamanda, fermerlərin bilik və bacarıqlarını artırmaqdır.
Layihənin açılış mərasimi Şəki şəhərində Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş tutub. Tədbiri açan Aqrar İnkişaf Könüllüləri Təşkilatının sədri Sarvan Cəbrayılzadə bildirib ki, insanların zəruri ərzaq ehtiyaclarının ödənilməsi bəşəriyyətin inkişafının ilkin mərhələsindən bu günədək əsas çağırışlardan biri olub və bu səbəbdən hər bir ölkədə kənd təsərrüfatının inkişafı prioritet vəzifə olaraq qalır. O, iştirakçıları Azərbaycanda aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində görülən işlər barədə məlumatlandırıb.
“Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin rəhbəri Fərid Abbasov bildirib ki, aqrar islahatlarda strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması təşkil edir. O, layihənin icrasında Aqrar İnkişaf Könüllülərinə və fermerlərə uğurlar diləyib.
Qeyd edək ki, “Öyrənən fermer” layihəsinin ikinci mərhələsində könüllülər vasitəsilə maarifləndirici bukletlər paylanacaq, fermerlərin təlim ehtiyaclarını müəyyənləşdirmək üçün sorğular keçiriləcək.

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + three =

Close
Close