Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
SOSİAL

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı sentyabrın 3-də Dünya Baptist Alyansı İttifaqının
nümayəndələri ilə görüşüb.

Komitədən “Yeni Gundem” e verilən məlumata görə,görüş zamanı DQİDK sədri Azərbaycandakı sabit dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı, o cümlədən tolerant və multikultural
dəyərlərin təbliği sahəsində görülən işlər haqqında ətraflı məlumat
verib.

Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikultural münasibətlərin
davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən
qaynaqlanır və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş
nümunəvi dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Dövlətin din siyasəti dini etiqad azadlığının
qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların
yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq
ənənələrinin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da
möhkəmlənməsinə yönəlib.

Komitə sədri vurğulayıb ki, ölkədəki dini durumun sabitliyi,
tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə
vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması qeyri-islam dini
qurumların fəaliyyətinə əlverişli şərait yaradır. Azərbaycanda 35
qeyri-islam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdıran
Komitə rəsmisi İslam təmayüllü dini icmalarla yanaşı onlara da dövlət
büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd
edib.

Mübariz Qurbanlı söhbət zamanı qonaqları Ermənistanın Azərbaycana qarşı
təcavüz və işğal siyasəti barədə də məlumatlandırıb, bütün beynəlxalq
konvensiyaların şərtlərini pozaraq tarixi abidələrimizə qarşı törədilən
cinayətlərə diqqət çəkib.

Ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir –
birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayandığını
bildirən Dünya Baptist Alyansı adından BMT-nin Cenevrədəki daimi
nümayəndəsi R.Şeyn Makneri Azərbaycanın nümunəvi tolerantlıq və
multikulturalizm mühiti sərgiləməsindən məmnunluğunu ifadə edib.
Bildirib ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər bu yanaşmanı
nümunə kimi qəbul etməlidirlər.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir
mübadiləsi aparılan görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki
dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni
vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim
edilib.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 6 =

Close
Close