Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
CƏMİYYƏT

Vətəndaş Vilayət Eyvazova təşəkkürünü belə ifadə etdi… – Müraciət…

DİA.AZ: – Mingəçevir şəhər sakini Zaur Zamanov DİA.AZ vasitəsilə Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edərək təşəkkürlərini çatdırıb. Vətəndaşın müraciətində deyilir:

“Çox hörmətli cənab general! 25 avqust tarixində ailəmdə bir faciə yaşandı. Belə ki, ailə üzvlərim Bakıda qonaq olarkən “Dərnəgül” ərazisində 12 yaşlı qızım Lalə Zamanlı bizə uzun illər unuda bilməyəcəyimiz bir dəhşəti yaşatdı. Qızımı qeyd etdiyim ərazidə naməlum motosiklet sürücüsü böyük sürətlə vuraraq ağır xəsarət almasına səbəb oldu.

Hansı dəhşətləri yaşadığımızı ifadə etmək çox çətindir. Bizi bu məsələdə ən çox üzən məqam isə sürücünün hadisə yerindən qaçması oldu.

Təbii ki, başımız qızımın sağlamlığının bərpasına qarışdığından onun arxasınca düşə bilmədik.

Amma sağ olsun AZƏRBAYCAN POLİSİ!

Öz işinin öhdəsindən layiqincə gələn polisimiz olduqca çətin bir prosedurdan sonra həmin XAİN SÜRÜCÜNÜ yaxalayıb. Bunu eşidəndə həqiqətən də polisimizlə qürur duyduq. Bir ailə olaraq fərəhləndik ki, biz güvənli bir ölkədə yaşayırıq.

Biz də kiməsə ağır olmasını istəmərik, amma həmin şəxsin cəzalanmasını məhz övladımı hadisə yerində tərk edərək qaçması səbəbindən tələb etmişdik kiŞ polisimiz də bu işin öhdəsindən layiqincə gəldi.

Cənab Nazir! Sizə, Sizin timsalınızda bütün Azərbaycan polislərinə bir ailə başçısı olaraq təşəkkürlərimizi çatdırır və işlərinizdə uğurlar arzulayıram.

Mən bu gün rahatlıqla deyə bilərəm ki, həqiqətən də MƏNİM POLİSİM MƏNİ QORUYUR!

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =

Close
Close