Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
GÜNDƏMMANŞETXƏBƏRLƏR

Ülvi Mehdiyev: Cocuq Mərcanlı bizim əsas hədəfə çatmağımız üçün müvəqqəti dayanacaqdır

“Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgəriyik. Azərbaycan müharibə şəraitində yaşayır. Müharibə hələ bitməyib. Cocuq Mərcanlı bizim əsas hədəfə çatmağımız üçün müvvəqqəti dayanacaqdır. ”

“Yeni Gundem” in Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki,bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün Cocuq Mərcanlıda “Hərbiyyə-101” düşərgəsi çərçivəsində hərbiçi zabitlər, “ASAN Könüllüləri” ictimaiyyət nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

Ü.Mehdiyev tezliklə bu torpaqların işğaldan azad ediləcəyini həmçinin bu torpaqlarda ASAN Xidmət mərkəzlərinin açılacağını əminliklə ifadə edib: “Cocuq Mərcanlı Azərbaycan tarixində şanlı bir səhifədir. Azərbaycan Ordusu güclüdür, Ordumuza güvən hər zaman artır. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edək. Şəhidlərimizin qısasını alacağıq, Xankəndində, Şuşada da ASAN Xidmət mərkəzləri açacağıq”

Qeyd edək ki, 5 sentyabr 2019-cu il tarixində Beyləqan hərbi birliyində “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. 5 gün davam edəcək düşərgə “ASAN xidmət”, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − four =

Close
Close