Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
SOSİAL

Artıq piyadalara PPX cərimə yazmayacaq

Daxili İşlər naziri Vilayət Eyvazov piyadaların hərəkətinin tənzimlənməsi ilə bağlı yeni əmr imzalayıb.

“Yeni Gundem”in verdiyi xəbərə görə, nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilmişdi: “O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu. Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb.

Əmrə əsasən post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar. Eyni zamanda, nazir bu sahədə nəzarətin müasir texniki vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyinin aidiyyatı qurumlarına müvafiq tapşırıqlar verib”.

***

E.Zahidov “Qafqazinfo” açıqlamasında bildirib ki, Yol Patrul Xidmətinin bu səlahiyyəti özündə qalır, onlar bu işi davam etdirəcəklər: “Bu artıq xüsusi texniki vasitələrlə həyata keçiriləcək. Necə ki, sürücülər kamera vasitəsilə görüntülənib cərimələnirlərsə, piyadalar da o formada lentə alınıb şəxsiyyəti müəyyənləşdiriləcək. Amma əsas diqqət sürücülərə yönəldiləcək ki, piyada keçidlərində piyadalara yol verilməsində qanun pozuntuları baş verməsin”.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + eight =

Close
Close