Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
GÜNDƏMXƏBƏRLƏR

Dövlət və Xalq öz müdafiəçilərini heç zaman unutmur! mövzusunda Dəyirmi-masa yığıncağı keçirildi.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi¬hə¬sinin yekunu ilə əlaqədar “DÖVLƏT VƏ XALQ ÖZ MÜDAFIƏÇILƏRINİ HEÇ ZAMAN UNUTMUR!” mövzusunda adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid aillərinin birgə iştirakı ilə Dəyirmi-masa yığıncağı keçirildi. Tədbiri, Azərbaycanın Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsi yad edilərək öz işinə başladı.
Sonra layihənin direktoru, «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar.
Həyata keçirilən layihə çərçivəsində, Bakının, Səbail, Yasamal, Xətai, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhərinin və Astara, Lerik rayonlarının el məzarlıqlarında keçirdiyimiz manitorinqlər zamanı məlum etdik ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikdən sonra, adiyyəti qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır. Həmin məzarlardan biridə, Bakının, Səbail rayonu, Bibiheybət qəsəbəsinin el məzarlığınında dəfn olunmuş şəhid Soltanov Natiq Mayis oğlunun məzarını ictimayyətə göstərmək istəyirəm. Şəhid Natiq Soltanovun hər iki valideyinləri, 2 qardaşı və ailə üzvləri vəfat etdikdən sonra onun məzarı vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalaraq kol-kos basmış, ətrafına isə zibil tulantıları tökülmüşdür.
Abşeron rayonunun, Xırdalan qəsəbəsində 32 şəhid məzarı tərəfimizdən aşkar edilmişdir ki, onlardanda 7-si Əfqanstandan torpaqlarımızın müdafiyyəsi üçün könüllü gəlmiş Əfqan qardaşlarımızın məzarlarıdırki, onlarında məzarlarının ətrafı sahibsiz baxmsız qalmışdır. Onların bəzilərinin məzar daş üstlərinin örtük daşları oğrular tərəfindən sökülərək oğrlanmışdır.
Səbail rayon Bibiheybət qəsəbəsinin el məzarlıqında 4 nəfər, Yasamal el məzarlıqında 3 nəfər, Nizami rayon keşlə qəsəbəsinin el məzarlıqında 14 nəfər, Binəqədi rayon el məzarlıqında 7 nəfər, Xəta rayon kənd əhmədli qəsəbəsinin el məzarlıqında 9 nəfər, Sabunçu, rayon el məzarlıqında 8 nəfər, Abşeron rayon el məzarlıqında 32 nəfər və regionlardan isə Şirvan şəhər el məzarlıqında 18 nəfər, Astara rayon el məzarlıqında 7 nəfər şəhid məzarı keçirdiyimiz manitorinqlər zamanı aşkar edərək onların vəziyyətlərinə baxış keçirilmişdi. Şəhid məzarları başqa məzarlardan seçilmir. Çünki, şəhid məzarlarına şəhid olmaları barəsində heç bir fərqlənmə nişanələri, nə bayraq, nədə ki,məzar üstü baş daşlarına nişanələr vurulmayıbdır. Sanki bu şəhidlər vətən uğrunda şəhid olmamışlar.
Bakının, Səbail, Yasamal, Nizami, Binəqədi, Xətai, Sabunçu, Abşeron rayonlarında və regionlardan isə Şirvan şəhərinin el məzarlıqlarında keçirdiyimiz manitorinqlərin zamanı müəyyən etdik ki, el məzarlıqlarında dəfin olunmuş şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə düzəldilmiş xatirə güşələrinin vəziyyəti və onlara adiyyəti qrumlar və vətəndaşlar tərəfindən diqqət-sayğı ən yaxşısı olaraq Nizami, Binəqədi, Lerik rayonunun (Rvarud kendi) Astara rayonu və Cəllabad rayonunun (Günəşli kendi), ən pis vəziyyət isə Səbail, rayonu və Şirvan şəhəridir.
Xususi ilə qeyr etmək istəyirəm ki, 2 dəfə Prezident Administrasiyasından, Şirvan şəhər İcra Hakimiyyətinin rəhbərliyinə yazəlı surətddə həyata keçirddiyimiz layihənin icra olunmasına dəstək vermək üçün tapşırılsada, təsüflər olsun ki, Şirvan şəhər İcra Hakimiyyətinin rəhbərliyi və Bələdiyyə İdarəsinin rəhbərliyi belə bir əhəmiyyətli layihəyə biganə yanaşaraq heç bir köməklik göstərmədilər.
Layihəyyə cəlb edilmiş əməkdaşların köməkliyi ilə, Bakının, Səbail, Yasamal, Xətai, Nizami, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhər və Astara rayon məzarlıqlarında şəhid məzarlarını müəyyən edərək, şəhidlərin siyahıları tutlduqdan sonra, el məzarığında dəfin olunmuş şəhidlərin xatirəsini əbədləşdirmək üçü, Şəhidlərin Xatirə Güşəsi yaradılaraq üç rəngli Azərbaycan bayrağımızla bəzədildi.
Lakin icrasına Şirvan şəhərində aidiyəti olan təşkilatlardan yalnız, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Qurban Şirinov və Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Şirvan şəhər şöbəsinin müdürü Qismət Əsədov yaxından iştirak edərərək əllərindən gələn köməklikləri əsirgəmədilər.
Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Şirvan şəhər şöbəsinin müdürü Qismət Əsədovun verdiyi rəsmi statistik məlumata əsəsasən, Şirvan şəhərində 157 şəhid ailəsi, onlardan 3 nəfəri ölümündən sonra Azərbaycanin Milli Qəhranı adna layiq görülmüşdür. 125 nəfər Qarabağ müharibəsi əlili 160 nəfər Əfqanstan müharibəsinin veteranı və 99 nəfər isə Çernobıl qəzasınında sağlamlığını itirmiş əlil var. Qismət Əsədov bildirdiki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanı ilə müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün, şəhid aillərinin siyahsı Şirvan şəhər aidiyəti təşkilatlar tərəfindən hazırlanaraq Bakıya müvafiq orqanlara təqdim edilmişdir. Həyata keçirilən layihən çərçivəsində həmçinin şəhid aillərinə, 11.000 manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün maarifləndirmə işləri apararaq onlara hüquqi köməklik göstərildi.
Səbail rayonu və Şirvan şəhər İcra Hakimiyyətlərin, Bələdiyyə İdarəlrinin və məzarlıqlara baxan adiyyəti qrumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur. Bu da, müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir.
Sərraf Oruc çıxışının sonunda, “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin həyata keçməsində təşkilatı işlərdə yaxından köməklik göstərdiklərinə və şəhid aillərinə göstərdikləri diqqət və qayğıya görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenat Cənab Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Qurban Şirinova, şöbənin müfəttişi Rövşən Nəcəfova, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Şirvan şəhər şöbəsinin müdürü Qismət Əsədova, Astara rayon Icra Hakimiyyətinin Qəzənfər Ağayevə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Polkovnik Valeh Nəcəfova, Respublika Müharibə Veteranları Təkiatının Astara rayon şöbəsinin sədri Rafiq Əliyev, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyevə və Lerik rayon Şəhidi Səxavət Hacıyevin qardaşı Mübariz Hacıyevə öz təşəkkürünü bildirdi.
Sonra, tədbir iştirakçılarından, “Şəhid Aillərinin Hüquqlarının Müdafiəsi” Birliyinin sədri Rəvşən Ağamaliyev, Respublika Şəhid aillərinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev, Vətən müharibəsi Veteranlar birliyinin Səbail şöbəsinin sədri İlham Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı mayor Fuad Quliyev, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Hüquq şöbəsinin müdiri Əfqan Hüseynov, 20 yanvar Cəmiyyəti birliyinin sədri Soltan Əzimov, “Milli Qəhramanların Tantma” Birliyinin sədri Elşən Uluxanlı, “Qürur Şəhid Ailələrinə Dəstək” Birliyinin sədri Naibə Alahverdiyeva, Respublikası Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Firudin Məmmədov, Vətən Müharibəsi Əlillərinə Kömək Birliyinin sədir müavini Məcid Məmmədov, və başqa şəhid aiillri, müharibə veteranları çıxış edərək, həyata keçirilən “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsıni müsbət qiymətləndirərək, belə bir əhəmiyyətli layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər. Çıxış edənlər öz çıxışlarında bildirdilər ki, “Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar”.
Bunun üçündə, Azərbaycanın bütün el məzarlığlarında, Türkiyyə dövlətində olduğu kimi, şəhid məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün xatirə güşələri düzəldilərək onların üstündə Azərbaycan bayrağı sancılamalı və Bələdiyyə idarələri tərəfindən dayma nəzarətdə saxlanılaraq şəhidlərimizə vətəndaşların sayğısını artırılmalıdır.
Tədbirinin sonunda, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olaraq el məzarlığlarında dəfin olunmuş şəhid məzarlarını təmir olunması və məzarlığlarının əsas giriş qapsında xatirə güşinin düzəldilməsi üçün, Dəyirmi-masa iştirakçıları adından, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciyyət qəbul olundu.

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Mətbuat Xidməti

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − two =

Close
Close