Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
CƏMİYYƏT

ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ YARADILDI

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini Azərbaycanın Cənub bölgəsinin ən ucqar rayonu olan Astara rayonunda həyata keçirdərək, Astara rayon el məzarığında dəfin olunmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların məzarlarının vəziyətlərinə manitoring edilərək şəhidlərimizin siyahısı müəyyən edilmişdir.

14 sentiybr 2019-cu il tarixində, Astara rayonunda həyata keçirilən layihənin yekunu olaraq, Astara rayon el məzarığında dəfin olunmuş 7 nəfər şəhidlərin xatirəsini əbədləşdirmək üçün düzəldilmiş Şəhidlərin xatirə güşəsinin açılışı oldu.
Tədbir ilk öncə, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsi yad edilərək, onların rühlarına yasın və duallar oxundu. Sonra,“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi¬hə¬sini direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə, Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar.
Bakıda və rayonların el məzarlıqlarında keçirdiyimiz manitorinqlər zamanı məlum etdik ki, məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə düzəldilmiş xatirə güşələri, şəhidlərin valideyinləri vəfat etdikdən sonra, adiyyəti qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır.
Rayon İcra Hakimiyyətlərin, Bələdiyyə İdarəlrinin və məzarlıqlara baxan adiyyəti qrumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur. Buda, müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir.
Bakının, Səbail, Yasamal, Nizami, Binəqədi, Xətai, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhər, Hacıqabul, Cəllabad, Asatara və lerik el məzarlıqlarında keçirdiyimiz manitorinqlərin zamanı müəyyən etdik ki, el məzarlıqlarında dəfin olunmuş şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə düzəldilmiş xatirə güşələrinin vəziyyəti və onlara adiyyəti qrumlar və vətəndaşlar tərəfindən diqqət-sayğı ən yaxşısı olaraq Nizami, Binəqədi, Lerik rayonunun (Rvarud kendi) Astara rayon el məzarlığı və Astara rayon Şiyəkəran kəndinin, Cəllabad rayonunun (Günəşli kendidir), ən pis vəziyyət isə Səbail, rayonu, Şirvan şəhəri və Hacıqabul rayonudur.
Xususi ilə qeyr etmək istəyirəm ki, Nizami, Binəqədi, Lerik rayonunun (Rvarud kendi) Astara rayon el və Astara rayon Şiyəkəran kəndinin, Cəllabad rayonunun Günəşli kendinin el məzarlıqlarında yaradılmış səliqə səhman və şəhidlərin məzarlarının üstündə düzəldilmiş cardaq örtüklər şəhidlərimizə verilən yüksək dəyər kimi qiymətləndiririk.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Polkovnik Valeh Nəcəfov məlumat verəırək bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi General-leytenant Arzu Rəhimovun göstərişinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanı ilə müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün, şəhid aillərinin siyahsı Astara rayon aidiyəti təşkilatlar tərəfindən hazırlanaraq Bakıya müvafiq orqanlara təqdim edilmişdir. Bundan əlavə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin və Astara rayon Icra Hakimiyyətinin Qəzənfər Ağayevin təşəbüsləri ilə 9 may qələbə günü, Ramazan və Qurban bayramı günlərində Astara rayonunun şəhid aiili və böyük Vətən Müharibəsi veteranlarının evlərinə gedərk onları yad edərək bayram sovqatı verilmişdir.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyev məlumat verəırək bildirdi ki, Astara rayon üzrə 82 şəhid ailəsi vardırki bunlardan 15 itkin düşmüş, 48 Qarabağ müharibəsi əlil, 320 Qarabağ müharibəsi vetranı, 1 nəfəri Azərbaycanin Milli Qəhranı, 6 nəfər Böyük Vətən Müharibəsi veteranı, 125 əfqanstan müharibəsi iştirakçısı vardır.
Astara rayon Şiyəkəran kəndinin İcra nümayəndəsi Tofiq Əliyev çıxış edərək bildirdil ki, “Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar”. Bunun üçündə, Azərbaycanın bütün el məzarlığlarında, şəhid məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün xatirə güşələri düzəldilərək onların üstündə, Azərbaycan bayrağı sancılamalı və Bələdiyyə idarələri tərəfindən dayma nəzarətdə saxlanılaraq şəhidlərimizə vətəndaşların sayğısını artırılmalıdır.
Astara rayon el məzarlıqında keçirdiyimiz manitorinqlər zamanı Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuş 7 nəfər, Astara rayon 5800 sakini olan Şiyəkəran kəndinin məzarlıqında isə 4 nəfər şəhid, 2 nəfər sə itgin düşmüş şəhidin məzarı aşkar edərək, onların vəziyyətlərinə baxış keçirillərək şəhidlərin siyahısı hazırlanmışdır.
Tədbir iştirakçılarından və şəhid ailəlsi Sərdar Quliyev çıxış edərək, həyata keçirilən “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsıni müsbət qiymətləndirərək, belə bir əhəmiyyətli layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər.
Layihənin rəhbəri Sərraf Oruc, Astara rayonunda layihənin həyata keçməsində təşkilatı işlərdə yaxından köməklik göstərdiklərinə və şəhid aillərinə göstərdikləri diqqət və qayğıya görə, Astara rayon Icra Hakimiyyətinin Qəzənfər Ağayevə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Polkovnik Valeh Nəcəfova, Astara rayon Şiyəkəran kəndinin icra nümayəndəsi Tofiq Əliyevə, Respublika Müharibə Veteranları Təkiatının Astara rayon şöbəsinin sədri Rafiq Əliyev, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyevə və Qarabağ müharibəsi əllili Etibar öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda, layihəsinin həyata keçməsində yaxından köməklik göstərdiklərinə və şəhid aillərinə göstərdikləri diqqət və qayğıya görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi polkovnik Valeh Nəcəfovu, Astara rayon Şiyəkəran kəndinin İcra nümayəndəsi Tofiq Əliyevi, Respublika Müharibə Veteranları Təkiatının Astara rayon şöbəsinin sədri Rafiq Əliyevi, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyevi, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Döyüş-Səlnaməsi Fəxri–Fərmanı ilə təltif etdi.
Tədbirin sonunda, el məzarlığında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin məzarlarını ziyarət edilək başa çatddı.

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun
Mətbuat Xidməti 16 sentyabr 2019-cu il.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − one =

Close
Close