Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
TİBBXƏBƏRLƏR

“Xəstəxanalarda tibbi xidmətlər pullu olmayacaq” – Agentlik sədri

Bəzən səhv anlayırlar ki, xəstəxanalar publik hüquqi şəxs olduqda tibbi xidmətlər pullu olacaq. Bu, o demək deyil ki, publik hüquqi şəxs olmaqla xəstəxana pullu xidmətə keçir.

“Yeni Gundem” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev “Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə çevrilir. Bu ilin sonuna qədər proses başa çatacaq.

Z.Əliyevin bildirdiyinə görə, xəstəxanaların publik hüquqi şəxs olması onlara çeviklik verir. Onlar bununla həm maliyyə resurslarını rahat idarə edə, həm də İTSDA-dan və digər qurumlardan vəsait qəbul edə bilərlər.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + eight =

Close
Close