Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
XƏBƏRLƏR

Elşən Gəncəvi “Türkiye Gençlik Ödülleri” Mükafatına layiq görüldü – FOTOLAR

 Azərbaycanda “Türkiye Gençlik Ödülleri” mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində öz sahəsində uğur qazanmış şəxslər iştirak edib.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu “Türkiye Gençlik Ödülleri” Mükafatına “İş Adamı” olaraq layiq görülüb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur.

“Yeni Gundem” xəbər verir ki,AMV Şirkətlər Qrupunun tərkibində maliyyə və mühasibatlıq xidmətləri üzrə “AMV Consulting”, analitik və stratejik maliyyə xidmətləri üzrə “AMV Finance”, alternativ təhsil və təlim xidmətləri üzrə “AMV Education”, kuryer və poçt xidmətləri üzrə “AMV Express”, hüquqi və inzibati xidmətlər üzrə “AMV Law”, texnologiya və internet xidmətləri üzrə “AMV SoftLab”, səyahət və səfərin təşkili üzrə “AMV Travel”, iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə “AMVPRESS.AZ” informasiya portalı fəaliyyət göstərir.

Qeyd edək ki, Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Müxtəlif ictimai və sosial məqalələrin müəllifidir. Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələri “Oxu-magiya” kitabında toplanıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru və “İslahat.az” xəbər portalının yazarıdır.

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 8 =

Close
Close