Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
SİYASƏT

“Onun mandat daşımağa haqqı yoxdur”

Mərkəzi Seçki Komissiyası bu gün Rafael Cəbrayılovun mandatını ləğv edib.

“Yeni Gundem” xəbər verir ki, MSK katibi Mikayıl Rəhimov çıxışında qeyd edib ki, R. Cəbrayılov Milli Məclisə müraciətində qeyd edib ki, guya, o, III və IV çağırış deputat mandatını girov qoyub:

“Məktubda bildirib ki, bu məsələ tamamilə yalandır. Vəsiqəsi  özündədir. Qeyd edim ki, onun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK- ya xüsusi şikayətlər daxil olmayıb. Son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri- səmimi davrandığını göstərir. Deputat fəaliyyəti ilə məşğul olmursansa, bu həm öz adına, həm də Milli Məclisə xələl gətirir. Arzulayırdıq ki, deputat qanunazidd hərəkətlər etməsin. Əgər Rafael Cəbrayılov mandatından imtina etmək istəyirdisə, o, birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Milli Məclisə müraciət edərək onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur”.

MSK üzvü Hüseyn Paşayev bildirib ki, R. Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla minlərlə seçicinin etimadını tapdalayıb: “Bunu əxlaqazidd və mənəviyyatsız addım kimi dəyərləndiririk”.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =

Close
Close