Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
MEDİA

10 ilin TRİBUNASI – TİA.az 10 yaşını qeyd edir

Düz 10 il öncə, çap mediasının öz yerini tədricən elektron KİV-lərə verdiyi bir dövrdə Tribuna informasiya agentliyini- TİA.az portalını təsis etdik. O zaman üçün TİA.az ölkəmizdə yaranan ilk 10 portaldan biri idi.

“Yeni Gundem” xəbər verir ki, bunu 10 yaşlı TİA-nın baş redaktoru Əlişir Əhəd deyib. Onun sözlərinə görə, fəaliyyətə başladığı ilk dövrlərdə saytın maddi-texniki şəraiti olmayıb: “Bu bu səbəbdən “Gül kimi qəzeti qoyub, internet klublardan sayt idarə etmək və bunu ictimai rəyə daşımaq nə dərəcə düzgündür” sualı ilə üz-üzə qalmışdıq.

Etiraf edirəm, TİA.az bu gün lap çox oxunan xəbər portalları siyahısında olmaya bilər. Lakin bizim öz dəsti-xəttimiz və bu illər ərzində topladığımız yüzlərlə, minlərlə sadiq oxucularımız var. Onlar hər gün TİA.az-a daxil olur və biz onlara hər gün yenilənən xəbərlərlə xidmət edirik!

TİA.az-ın bu səviyyəyə çatmasında əməyi keçən hər kəsi – Həbibə Abdullanı, Fikrət Fərəməzoğlunu, Dünya Sakiti, Sərxan Carçını, Azər Niftiyevi, Elgün Həbibovu, Nurlana Həbibovanı, Güllər Həşimovanı, İlahə Cəfərlini və adlarını xatırlaya bilmədiyim dostları və bütün oxucularımızı təbrik edirəm!

Nə yaxşı ki, varsınız!”

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =

Close
Close