Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
ÖLKƏ

Elçin Quliyev sərhəd xəttində

2019-cu ilin 2-3 oktyabr tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəa­liy­yətini yox­la­mışdır.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Son günlərdə xid­­mə­ti əra­­zidəki əməliyyat şəraiti, Ermənistan Si­lahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejimi­nin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlə­nilmiş, dövlət sərhə­dinin müdafiəsi və mühafizəsi üzrə xid­məti fəaliy­yətin təkmilləş­diril­məsi, düşmənin təxribatlarının qarşı­sının qətiy­yətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndiril­məsi barədə tapşırıqlar verilmişdir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 15 =

Close
Close