Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
MƏDƏNİYYƏT

Səadət Qərib:Eşqim

Eşqim

Eşqimdən yazacam şeir diliylə,
Eşqimin dilinden söz almış kimi.Alnımın şeiri ele yazılmış
Lap əruz vəznində yazılmış kimi.

Eşqim vəfalıdır, tutmuş sözünü,Hər zaman demişdir sözün düzünü.
Yanıb-yaxılanda asmış özünü –
Gözümdən damlalar asılmış kimi.

Eşqimə ağlım da çaşıb mat qalıb,
Duyğu dənizimdə o haray salıb,İlk gündən qəlbimi əlimdən alıb –
Döyüşdə zəfəri qazanmış kimi.

Eşqimin gözləri duman, çənimdir
Ruhumun saçına düşən dənimdir.Ölsə də, qalsa da bu eşq mənimdir –
Məzarı qəlbimə qazılmış kimi.

Səadət Qərib Rzayeva

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − eleven =

Close
Close