Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
GÜNDƏMTƏHSİL

Sumqayıtda direktor ibtidai sinif müəlliminə sinif vermir? – AÇIQLAMA

Uzun illər Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi işləmiş Müşkünaz İsmayılova məktəbin direktoru Bəşir Şəfiyevi ona sinif verməməkdə ittiham edir.

 

M. İsmayılova bu barədə Xeberle.com-a şikayətində bildirib. O, məktəbdə seminariyanı bitirən və qiymətləndirmədə də az bal toplayanlara sinif verildiyi halda ali təhsilli pedaqoqa sinif verilmədiyini iddia edir: “Mən bununla bağlı Təhsil Nazirliyinə də müraciət etmişəm. Oradan bizi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə yönəltdilər. Mərkəzdən də Bəşir Şəfiyevə mənə ibtidai sinif verilməsi ilə bağlı tapşırıq verildi. O, isə bu tapşırığı icra etmir. Hazırda qeyri-ixtisas fənlərindən dərs demək məcburiyyətində qalmışam. Bununla yanaşı mənə 3-cü sinif veriblər ki, o sinifin elə ilk dərs günündə şagirdlərin davamiyyətinin aşağı olduğunu müşahidə etdim. Direktor valideynləri öyrədir ki, uşaqları dərsə gətirməsinlər və mən də sinifsiz qalım”.

Müəllimin iddialarıyla bağlı məktəbin direktoru Bəşir Şəfiyevlə əlaqə saxladıq. Direktor Xeberle.com-a Müşkünaz İsmayılovanın şikayətinin əsassız olduğunu dedi: “Müşkünaz İsmayılovanın şikayəti reallığı əks etdirmir. İndiki dövrdə valideynləri hansı drektor öyrədə bilər ki, uşaqlarınızı dərsə hansısa müəllimənin sinfinə buraxmayın. Müşkinaz müəllimənin irəli sürdüyü iddia tamamilə yalnışdır. 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində lazım olan bütün sənədlər var, ona sinif verilməyib. Əmrlə heç bir göstəriş verilməyib ki, ona sinif verilsin. Sadəcə olaraq Təhsil şöbəsinə etdiyi müraciət əsasında ərizəsinə cavab olaraq göstəriş verilib ki, bu il açılacaq məktəbə hazırlıq qruplarından birində tədrisi Müşkinaz müəllimə aparsın və birinci sinifdə dəonların sinif rəhbərləri o olsun. Lakin elektron qayda ilə aparılan sənəd qəbulu zamanı heç bir valideyn Müşkinaz müəlliməni seçməyib, başqa müəllimlərin qruplarına sənəd yerləşdiriblər. Zorakılıq dövrü deyil ki, mən digər müəllimlərdən sinfi alım Müşkünaz müəlliməyə verim”.

Xədicə Səxavətqızı

Xeberle.com

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =

Close
Close