Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
MAQAZİN

Kəmalə əlini maşından çəkib? – Açıqlama

Aktrisa-aparıcı Kəmalə Piriyevanın “Maşın”ın 7-ci buraxılışında qayda pozması barədə məlumat yayılıb. “Yeni Gundem” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda aparıcının sağ əlini avtomobildən götürməsi əks olunub.

Bu da instaqramda layihəni ərsəyə gətirən “M Group Production”ın tənqid edilməsi ilə nəticələnib. İddia olunur ki, Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi şirkət Kəmalənin bu addımına göz yumub. Yarışmanın dünənki buraxılışında sözügedən görüntülər barədə söhbət açılmaması şayiələri daha da gücləndirib.

Hətta, müğənni Rəqsanə İsmayılova və prodüser Tarix Əliyev də həmin kadrları paylaşaraq Kəmalənin qayda pozduğunu iddia edib.

“Yeni Gundem” mövzu ilə bağlı prodakşınla əlaqə saxlayıb. Qeyd olunub ki, K. Piriyeva heç bir qayda pozmayıb: “Paylaşılan kadrlar canlı efirdə gedib. Kəmalə Piriyeva bir əlini maşından çəkərkən digərini aşağı hissədən tutub. Sadəcə olaraq iştirakçı çevrilən zaman kadrda bir əli düşüb. İnsanlar da düşünür ki, aparıcı əlini avtomobildən çəkib”.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 10 =

Close
Close