10 il əvvəl ölmüş qohumunu qəbrdən çıxararaq gəzməyə apardı – VİDEObackend

Dominikan Respublikasının Xarabakoa şəhərində bir ailə on il əvvəl dəfn edilmiş qohumunun qəbrdən meyitini çıxararaq onun qalıqlarını gəzintiyə aparıb.

“Yeni Gundem” bildirir ki, qeyri-adi hərəkət “Daily Mail”-in diqqətini çəkən videoya düşüb.

Marqarita Rosario 2012-ci il mayın 9-da 86 yaşında vəfat edib. Qohumları onu “La Colonia” qəbiristanlığında dəfn etdilər və on il sonra qadının cəsədini başqa yerdə yenidən basdırmaq qərarına gəliblər.

Qəbri açan mərhumun yaxınları onun cəsədinin mükəmməl şəkildə qorunduğunu görüb təəccübləniblər. Bəzi yerlərdə skelet hələ də dəri ilə örtülüb və mərhumun başında hələ də saçları qalıb. Heyrətamiz kəşfdən sonra Rosarionun ailəsi dərhal mərhum qohumu üçün yeni gecə paltarı axtarışına çıxıb. Görüntülərdə arxadan meyiti tutan kişi, gecə paltarının düymələrini bağlayan qadın görünüb. Arxada kimsə Rosarionun heç dəyişmədiyini fərq etdiyini deyib. Qohumları Marqaritanın bu qədər yaxşı qorunub saxlandığının səbəbini də açıqlayıblar – çünki sağlığında o, xeyirxah olub və həmişə qohumlarına və qonşularına kömək edib.

Qəbiristanlığın əməkdaşı Antonio Abreunun dediyinə görə, 13 illik işində heç vaxt belə bir şeylə qarşılaşmayıb. Xarabacoa koroneri Rafael Dominges əlavə edib ki, şəhərdə oxşar hadisə 2007-ci ildə baş verib, o zaman başqa bir yerli sakinin cəsədi eksqumasiya edilib. Dominqes hadisəni “kortəbii mumiyalaşma” adlandırıb.