10 nəfər əlilliyi olan istedadlı benefisiara avadanlıqlar verilibbackend

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 10 nəfər əlilliyi olan istedadlı benefisiara fəaliyyətlərinə dəstək məqsədilə lazımi avadanlıqlar təqdim olunub.

Tədbir Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dəstəyi ilə təşkil olunub.

Mərkəzin bir qrup əməkdaşı və benəfisiarlarına təşəkkürnamələr verilib. Təlim müddətini uğurla tamamlayan şəxslər Mərkəz tərəfindən sertifikatlarla təltif olunub.

Layihə çərçivəsində Mərkəzin benefisiarlarının ifasında maraqlı konsert proqramı təqdim olunub. Kubalı musiqiçi, musiqi karyerasını 5 ilə yaxındır ölkəmizdə davam etdirən Yanssel Kastellon Mərkəzin benefisiarları ilə eyni səhnəni bölüşüb.  Tədbir çərçivəsində benefisiarların əl işlərindən ibarət sərgi-satış yarmarkası da təşkil edilib.