“10 nəfər olsa da Naxçıvana gediş-gəliş təmin olunmalıdır” — Millət vəkilibackend

“Bu gün metrodakı sıxlıq təyyarədəki sıxlıqdan qat-qat artıq olsa da, nə səbəbdənsə Naxçıvana aviareyslər bərpa olunmur. Nazirlər Kabineti yanında Operativ Mərkəz vaxtı uzadır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisın bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Azərbaycanən bir bölgəsi  olsa da, Azərbaycanla birbaşa quru yol yoxdur:

“Pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb. Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır. Biz yüzlərlə insan müraciət edir. Öləni var, xəstəsi var. Aviareyslər bərpa olunmalıdır. 10 nəfər olsa da, bunların gediş-gəlişi təmin olunmalıdır. Metrolar, iri ticarət mərkəzləri açılır. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə alıb məsələyə diqqətlə yanaşmalıdır”.

Yenigündəm.az