10 yaşlı Nərmini qətlə yetirən İlkin Süleymanovdan xəbər varbackend

Ötən ilin yanvar ayında Tovuz rayonunda yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı öldürməkə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Baş Prokurorluqdan “Yeni Gündəm”-ə verilən məlumata görə, həmin cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 20.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

26 aprel 2021-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib.